RU

Ceyhun Bayramov: Azərbaycan-İsrail münasibətləri ölkəmizin balanslı və neytral siyasət yürütməsinə mane olmur  

Azərbaycan həmişə Fələstinin dövlət qurmasını və münaqişənin ikidövlətli həllini dəstəkləyib. Bu, ölkəmizin beynəlxalq münasibətlərdə prinsipial mövqeyinin göstəricisidir. Eyni zamanda, Azərbaycan İsrail ilə geniş və yaxşı münasibətlərə malikdir, bu isə onun balanslı və neytral siyasət yürütməsinə mane olmur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

O bildirib ki, hazırkı geosiyasi vəziyyətdə Rusiya-Ukrayna müharibəsi və Fələstin-İsrail münaqişəsi fonunda dünyada neytral və balanslı mövqe tutan ölkələrin sayı çox məhduddur və onlardan biri də Azərbaycan hesab olunur.

Избранный
16
1
azerbaijan-news.az

2Источники