RU

Nazir: Azərbaycanla əməkdaşlıq həm Avropa, həm də Qafqaz və Asiya ölkələri üçün faydalıdır

Bakı, 26 dekabr, AZƏRTAC

Bəzi hallarda Avropa Parlamenti, Avropa Şurası və digər Avropa qurumları arasında Azərbaycanla bağlı mənfi gündəmlər formalaşır. Lakin bu fəaliyyətlər Avropa İttifaqı və digər əsas qurumlarla olan münasibətlərimizə ciddi təsir göstərmir. Keçmiş təcrübələr də göstərir ki, belə hallar nəticəsiz qalır və Azərbaycan tərəfindən adekvat cavablar verilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

O bildirib ki, 2025-ci ildə Avropa qurumlarının bir sıra təşəbbüsləri Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə həyata keçirilib.

“Azərbaycanla əməkdaşlıq həm Avropa, həm də Qafqaz və Asiya ölkələri üçün faydalıdır, çünki bu, regional təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycanla əməkdaşlıq Avropa qurumları üçün strateji əhəmiyyət daşıyır və siyasi risklər minimaldır”, - deyə Ceyhun Bayramov vurğulayıb.

Избранный
28
3
azertag.az

4Источники