RU

Test üsulu neçə müddət qalacaq – DİM-in planı nədir?

“Gələcəkdə qəbul imtahanlarının hansı format və model əsasında keçirilməsi, test üsulunun ləğvi və ya formasiyaya uğraması ilə bağlı fikirlər müxtəlifdir. Məsələyə subyektiv yanaşaraq, deyə bilərəm ki, test üsulunun yaxın gələcəkdə birbaşa ləğvini ümumiyyətlə gözləmək olmaz. Hətta fikrimcə, bu gözləntidə olmaq sadəlövhlükdür. Hələlik yaxın perspektivdə qəbul modelinin kökündən dəyişməsi, test üsulunun tamamilə sıradan çıxaraq başqa modellə əvəzlənməsi bir çox amillərdən mümkün deyil”.

Bu

Bu fikirləri KONKRET.az– a açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.

“Amma burada bir məsələyə xüsusi diqqət edək: Dövlət İmtahan Mərkəzi bu məsələdə öz işini çöx böyük ustalıqla yerinə yetirir: əsaslandırılması isə budur; test üsulu heç də birdən-birə əvəzlənəsi mexanizm deyil. Bu baş versə belə, böyük xaos yaranar. Odur ki, bu yöndə edilən yeniliklər asta-asta, pillə -pillə tətbiq edilir. Hazırda qəbul imtahanalarında qapalı tipli test suallarının sayı ildən-ilə azalır. Açıq və situasiya tipli tapşırıqların sayı artır. Dinləmə, açıq mətnlə iş formatlı tapşırıqlar artır. Esse formatlı tapşırıqlar artıq IX sinif buraxılış imtahanlarında tətbiq olunur”.

Ekspert qeyd edir ki, deməli, biz bu məsələdə tələsmədən, xaos yaradacaq qəfil addıma yol vermədən, sırf peşəkar qaydada davranırıq.

“ İlkin məqsəd illərlə bizim canımıza, zehnimizə hopan test asılılığından zamanla xilas olmaqdır. Düşünürəm ki, buna doğru da yol gedilir. Qəbul imtahanlarında yeni modelin uğurlu tətbiqi üçün isə vacib olan əsas məsələlərdən biri də məhz budur: test asılılığından xilas. Buna nail olduqda,sonrakı proseslər də uğurla həyata keçəcəkdir”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
25
2
konkret.az

3Источники