RU

Rusiyadan cinayətə bərabər addım

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Və ya təyyarə qəzası bağlı cinayət işi niyə dayandırılır?Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı dayandırıb. Bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycana məktub gpndərib.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu, Azərbaycanda ciddi təəccüb doğurub. Nazir deyib ki, Azərbaycan "Rusiya prezidentinin Düşənbədə olan açıqlamalarına, üzrxahlığına uyğun olaraq prosesin başa çatdırılmasını" gözləyir.

Bununla Azərbaycanlı nazir Rusiya prezidentinin açıqlamaları ilə İstintaq Komitəsinin mıktubunda yazılanların bir-birinə zidd olduğunu diqqətə çatdırıb. Aleksandr Bastrıkin ölkəsinin Prezidentindən fərqli mövqe tutur, ya da Vladimir Putin Düşənbədki açıqlamalarında səmimi olmayıb.

Hər halda Rusiyada ən yüksək rəsmi səviyyə və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı Prezidentdir və Azərbaycan da Putinin açıqlamalarını və üzrxahlığını əsas götürüb. Əgər proses bu istiqamətdə getməsə, yəni istintaq davam etməsə, deməli, ya Rusiyada hakimiyyət defisiti, ya anarxiya əlamətləri, ya da ikili-üçlü oyunlar var.

Əslində, zənnimcə, Rusiya tərəfi günahkarları tapıb cəzalandırmağı düşünmür. Əslində tapmağa ehtiyac yoxdur; hər şey bəllidir. Azərbaycan da bütün faktları təqdim edib, Putin özü də deyib ki, Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının Ukrayna dronlarına açdığı atəş zamanı Azərbaycan təyyarəsi zədələnib və bu, guya təsadüfən baş verib. Bu isə, Azərbaycanın mövqeyinə görə, təsadüf deyil. Hətta elə olsa belə, cinayət işi axıra qədər araşdırılmalıdır. Çünki ortada ən azı hərbi komandanlığın cinayətkarcasına səhlənkarlığı var: əgər Ukrayna dronlarının Qroznıya hücumu vardısa, hava sahəsi dərhal bağlanmalı, mülki təyyarələrin uçuşu dayandırılmalı idi. Ancaq, budur, Bastrıkin məktub göndərir, cinayət işinə xitam verildiyini deyir.

Bu məktub, şübhəsiz, ən yüksək səviyyədə razılaşdırılmış addımdır; Putinin öz qərarıdır. Belə görünür ki, Rusiya dövlətinin başçısı öz generallarından qorxur, Ukraynada onsuz da uğursuz hərbi kampaniya fonunda orduya qarşı gedə bilmir. Silahlı Qüvvələrdəki bu cür ağır faciələrə və çox ciddi siyasi nəticələrə səbəb olan səhvləri, cinayətləri cəzalandıra bilmir. Vurulan təyyarə Rusiyanın öz mülki təyyarəsi də ola biıərdi. Deməli, Putin buna görə də adekvat cəza tətbiq edə bilməyəcəkdi?! Elədirsə (ki, məncə, elədir), o zaman belə çıxır ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq Putinin iradəsi iflic olub.

Azərbaycanın da gözləntisi budur ki, Prezident Putin hələ də Prezident olduğunu göstərsin: baş vermiş faciəyə adekvat qiymət verə bilsin.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
63
bizimyol.info

1Источники