RU

“İslahatçı Qadınlar və İnnovasiyalar” İB 2025-ci ilin nəticələrini AÇIQLADI

"Ötən il Qara Dəniz ölkələri qadınlarının təhlükəsizlik və sülh çağırışlarına həsr olunmuş layihə həyata keçirmişdik. Bu dəfə isə diqqət mərkəzində sırf Qərbi Azərbaycan mövzusu dayanırdı. Düşünürəm ki, layihənin nəticələri özünü çox gözlətmədi. Çünki tədbirdə iştirak edən bir sıra ekspertlər sonradan sosial şəbəkə hesablarında bu konfransla bağlı fikirlərini bölüşərək, müəyyən hüquqların tezliklə bərpası istiqamətində çağırışlar etdilər. Hesab edirəm ki, kiçik də olsa, bu cür uğurlara imza atmaq bir təşkilat olaraq bizi daha da məsuliyyətli fəaliyyətə sövq edir".

Bu fikirləri “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli QHT.az-a açıqlamasında bildirib. QHT sədrinin sözlərinə görə, təşkilat BMT strukturları ilə əməkdaşlıq edir və 2025-ci il ərzində müxtəlif araşdırmalar, alternativ hesabatlar və digər layihələr həyata keçirib. Bu baxımdan, 2025-ci ili təşkilatımız üçün kifayət qədər zəngin və məhsuldar il adlandırır:

"Azərbaycanın Ali Baş Komandanına xüsusi təşəkkürümüzü bildirmək istəyirik. Çünki məhz onun qətiyyətli addımları sayəsində xəyallarımızda olan torpaqlarımız yenidən Azərbaycana qaytarıldı. Hesab edirəm ki, cənab Prezident İlham Əliyev 200 illik Azərbaycan tarixində torpaq itirən deyil, əksinə, torpaqları geri qaytaran və ölkənin ərazi bütövlüyünü bərpa edən dövlət başçısı kimi tarixə öz imzasını bir daha atdı. Bu fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, cənab Prezidentin doğum günü olub. Dövlət təşkilatımız adından və bir Azərbaycan vətəndaşı kimi onun Azərbaycan naminə göstərdiyi fədakarlıqları yüksək qiymətləndirir, cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram".

 

Pərvanə Fərhadqızı

Избранный
44
qht.az

1Источники