RU

“Afrika Kubokunu Dünya Kubokuna dəyişmərəm”

Seneqal millisinin və “Əl-Hilal” klubunun müdafiəçisi Kalidu Kulibali Afrika Millətlər Kuboku (AFCON) ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az-ın məlumatına görə, təcrübəli futbolçu bildirib ki, Afrika Kubokunu Dünya Kubokuna dəyişməz:

“Afrika Kubokunu qazanmağı Dünya Kubokuna qatılmağa dəyişmərəm. Təəssüf ki, bir çoxları AFCON-a kifayət qədər hörmət etmir, amma mən bu turnirə böyük dəyər verirəm”.

Kalubali həmçinin medianın Afrika Millətlər Kubokuna daha çox diqqət ayırmasının vacibliyini vurğulayıb:

“Ümid edirəm ki, media bu gözəl turnirə işıq tutmağa kömək edər. Turnirimizi qorumaq və dəyərini anlatmaq biz afrikalılara düşür”.

Kamil Xudiyev

Избранный
38
1
fanat.az

2Источники