RU

Mədəniyyət Nazirliyi bu şirkətə 1,2 milyon ödəyəcək – Görün kimindir? – ARAŞDIRMA

Mədəniyyət Nazirliyi dünyaca məşhur “Vasconi Architectes By Thomas Schinko” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

NOCOMMENT.az bildirir ki, “Yeni Sabah” əldə etdiyi xəbərə görə, müqavilədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının layihə, dizayn və məzmun konsepsiya xidmətlərinin satın alınması nəzərdə tutulur.

Başqa sözlə, teatrın zalları və səhnələri yeni dizayn və məzmunda hazırlanacaq.

Nazirliyin sifarişi ilə “Vasconi Architectes By Thomas Schinko” şirkəti bu xidmətləri 1 milyon 250 min 800 manata həyata keçirəcək.

Layihəni həyata keçirəcək “Vasconi Architectes By Thomas Schinko” şirkətinə gəlincə isə, bu, urbanizm, dayanıqlılıq və dizayn sektorunda beynəlxalq səviyyədə tanınmış bir memarlıq studiyasıdır. 1973-cü ildə memar Klod Vaskoni tərəfindən qurulan şirkət Tomas Şinkonun (Thomas Schinko) rəhbərliyi altında ifəaliyyətini davam etdirir.

Baş ofisi Parisdə yerləşən şirkətin Lüksemburq, Honkonq, Kiyev və Bakıda nümayəndəlikləri mövcuddur.

Bəs bu şirkəti Azərbaycanla nə bağlayır?

Tomas Schinko Azərbaycan tibb elminin görkəmli xadimlərindən olan Bəşir Quliyevin nəvəsi Aytən Mirzoyeva ilə evlidir. Aytən Mirzoyeva özü də dünyaca məşhur azərbaycalıdır, o, 2017-ci ildə ABŞ Prezidenti Donald Trampın şəxsi dəvəti ilə onun andiçmə mərasimində iştirak edən azərbaycanlı qadındır.

Tomas Schinko hazırda şirkətin rəhbəri, Aytən Mirzoyeva isə vitse-prezidentidir.

Избранный
52
3
nocomment.az

4Источники