RU

Britaniya silah satışında 40 ilin rekordunu QIRDI – 27 milyard dollarlıq SAZİŞ

Britaniya silah satışında 40 ilin rekordunu  yeniləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Türkiyəyə qırıcılar, Norveçə gəmilər satılıb, 25 mindən çox iş yeri qorunub.

Məlumata görə, 2025-ci ildə Böyük Britaniya müttəfiqlərinə 20 milyard funt-sterlinq (təxminən 27 milyard dollar) dəyərində müdafiə texnikasının satışı üzrə sazişlər imzalayıb. Bu, son 40 ilin rekord göstəricisidir.

Sazişlər arasında Britaniya hərbi gəmilərinin ixracı üzrə tarixin ən böyük razılaşması və son nəslin ən iri qırıcı satışı yer alır.

Belə ki, London Norveç Hərbi Dəniz Qüvvələrinə ən azı 5 yeni gəminin – “Type 26” freqatlarının tədarükü üçün 10 milyard funt-sterlinq (təxminən 13,5 milyard dollar) dəyərində müqavilə bağlayıb.

Bundan əlavə, Türkiyəyə 8 milyard funt-sterlinq (təxminən 10,8 milyard dollar) dəyərində 20 ədəd “Eurofighter Typhoon” qırıcısı, həmçinin ümumi dəyəri 550 milyon funt-sterlinqdən çox olan 12 ədəd C-130 təyyarəsi tədarük ediləcək. Çexiya isə artıq 18 ədəd “Supacat” zirehli maşını alıb.

Britaniya hökuməti qeyd edib ki, bu razılaşmalar 25 mindən çox iş yerini dəstəkləyir və Müdafiə Nazirliyinin son 50 ilin ən böyük islahat proqramının həyata keçirilməsi fonunda baş verir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
42
interpress.az

1Источники