RU

Göygöldə yol qəza baş verib - Xəsarət alanlar var

BAKI, 26 dekabr. TELEQRAF

Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

"Mercedes Vito" markalı avtomobillə "Qaz 3110" markalı avtomobil toqquşub. Nəticədə "Vaz" avtomobilində olan üç nəfər Yeni Qızılca kənd sakinləri 1982-ci il təvəllüdlü Könül İsmayılova, 1977-ci il təvəllüdlü Zərəngül Hüseynova və Daşkəsən rayon Mollahəsənli kənd sakini 1973-cü il təvəllüdlü Fəxrəddin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ilk olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Избранный
81
7
teleqraf.com

8Источники