RU

Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 26-dadavam etdirilib.

Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, CamalRamazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim GünelSəmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərinhər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçünvəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclasıtəqsirləndirilən şəxslərin son söz çıxışları ilə davametdirilir.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyan son sözdeyib.

O, çıxışında irəli sürülmüş ittihamlarla razılaşmadığınıbildirib və ittiham tərəfinin mövqeyinə əks arqumentlərinisəsləndirib.

D.İşxanyan insanların yaşadıqları ərazilərdən məcburi şəkildəçıxarılmasında, qanunsuz məskunlaşmada, minalarınyerləşdirilməsində, təcavüzkar müharibənin planlaşdırılmasında,yeni hücum planlarının hazırlanmasında, soyqırımında, mülkiəhalinin məhv edilməsində, müharibə qanunlarının pozulmasında,mülki əhalinin təqibində, insanların girov götürülməsində,beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmədə, işgəncəverilməsində, mülki şəxslərin qətlində, əmlakların talanedilməsində, cinayətkar birliyin tərkibində olmaqda, silah-sursatınqanunsuz daşınmasında və s. cinayətlərdə iştirak etmədiyini iddiaedib.

Təqsirləndirilən şəxs 1991-ci il noyabrın 20-də baş vermişQarakənd faciəsi barədə də danışıb. O, Azərbaycana məxsus,içərisində yüksəkvəzifəli şəxslərin olduğu vertolyotun partlamasıhadisəsinin qəza olduğunu iddia edib.

D.İşxanyan çıxışında əsir və girovlarla bağlı ittiham aktındayer almış məqamlara da toxunub. O qeyd edib ki, azərbaycanlı əsirvə girovlarla təması olmayıb.

“Özümü təqsirkar hesab etmirəm, mən hansısa cinayəttörətməmişəm”, - deyə D.İşxanyan çıxışının sonunda bildirib.

Sədrlik edən Z.Ağayev bununla da son söz çıxışlarınınyekunlaşdığını deyib. O, tərəflərə (ittiham tərəfi, zərərçəkmiştərəf və müdafiə tərəfi) müraciət edərək hökm layihəsi təqdimedib-etməyəcəklərini soruşub. Tərəflər hökm layihəsi təqdimetməyəcəklərini bildiriblər.

Bundan sonra sədrlik edən məhkəmə baxışının başa çatdığını elanedib.

Məhkəmə heyəti müşavirəyə gedib. Müşavirədən qayıtdıqdan sonraməhkəmə hökmü elan olunacaq.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Məqalədə:
Избранный
25
49
az.trend.az

10Источники