RU

2,6 milyardlıq biznes: Saxta sənəd şəbəkəsi İFŞA OLUNDU – VİDEO

Moskvada yeraltı mətbəə şəbəkəsi ifşa olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Moskvada qanunsuz fəaliyyət göstərən və gəliri 2,6 milyard rubl (təxm. 45 milyon manat) təşkil edən yeraltı mətbəələr şəbəkəsi aşkar edilərək zərərsizləşdirilib.

Dələduzlar saxta pasportların, diplomların, tibbi arayışların və sürücülük vəsiqələrinin hazırlanması və satışı ilə məşğul olublar. Qeyd olunur ki, sənədlərin bəziləri rəsmi blanklarda çap edilib.

Saxta sənədlərin satışı üçün 200-dən çox internet saytı yaradılıb. Sifarişlərin Moskva və vilayət üzrə çatdırılmasını isə kuryerlər həyata keçirib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
73
interpress.az

1Источники