RU

Misir millisi Salahın qolu sayəsində CAR-ı məğlub etdi

Afrika Millətlər Kubokunda Misir və Cənubi Afrika Respublikası (CAR) arasında qrup mərhələsinin ikinci tur oyunu başa çatıb. Matç Aqadirdəki “Adrar” stadionunda baş tutub.

"Unikal" xəbər verir ki, oyun 1:0 hesabı ilə Misir millisinin xeyrinə başa çatıb.

45-ci dəqiqədə Misir hücumçusu Məhəmməd Salah penaltidən qol vurub.

B qrupundakı iki oyundan sonra Misir altı xalla birinci yerdədir. CAR üç xalla ikinci yerdədir.

2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda iyirmi dörd milli komanda iştirak edir. Turnir 18 yanvara qədər davam edir. Hazırkı Afrika Millətlər Kuboku çempionu Kot-d'İvuardır.

Избранный
67
2
unikal.az

3Источники