RU

Ağdərəyə ilk qarYAĞDI

Dekabrın 26-sı Ağdərə rayonuna mövsümün ilk qarı yağıb.

Redaktor.az xəbər verir ki, qısa vaxt ərzində ərazi ağ örtüyə bürünüb. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, yağan qar hərəkətə və gündəlik fəaliyyətə hər hansı çətinlik yaratmayıb. Avtomobil yolları açıqdır, nəqliyyatın normal hərəkəti təmin olunur. Mövcud hava şəraiti ilə əlaqədar aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.

2222
Избранный
44
7
redaktor.az

8Источники