RU

Benfika dan Barselona ya keçidi çətinləşdi

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi

"Barselona" "Benfika"nın müdafiəçisi Nikolas Otamendini transfer etməsi çətinləşib.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Belə ki, Kataloniya klubu 37 yaşlı argentinalını qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin Portuqaliya təmsilçisinin baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Otamendi ilə müqavilənin müddətinin tezliklə uzadılmasını tələb edib. O, bununla futbolçunun "Barselona"ya mümkün keçidinin qarşısını almağa çalışır.

Qeyd edək ki, N.Otamendi 2020-ci ildə 15 milyon avro qarşılığında "Mançester Siti"dən "Benfika"ya keçib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Müdafiəçi cari mövsümdə 32 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
qol.az

2Источники