Məşhur fransız futbol məşqçisi Jan-Lui Qasse cümə günü vəfat edib.
Publika.az xəbər verir ki, dekabrın 9-da onun 72 yaşı tamam olmuşdu.
Jan-Lui “Monpelye”nin qurucularından biri olan Bernard Qassetin oğludur. O, məşqçilik etməzdən əvvəl demək olar ki, bütün oyunçu karyerasını bu klubda keçirib.
“Monpelye” həmçinin Jan-Lui Qassenin son klubu olub və ona 2024-cü ilin oktyabrından 2025-ci ilin aprelinə qədər rəhbərlik edib.