RU

Fransa millisinin sabiq baş məşqçisi vəfat etdi

Futbol üzrə Fransa milli komandasının sabiq baş məşqçisi Jan-Lui Qas vəfat edib.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Marsel” klubunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Qeyd edək ki, Qas 2010-2012-ci illərdə Fransa millisinin köməkçi məşqçisi olub. 2022-2024-cü illərdə Fil Dişi Sahili millisinə rəhbərlik edib. O, Fransanın “Marsel” komandası ilə Avropa Liqasının yarımfinalına yüksəlib və burada komandası İtaliyanın “Atalanta”sına uduzub. Mütəxəssisin son klubu Fransanın “Monpelye”si olub.

Избранный
59
7
nocomment.az

8Источники