RU

Gənclər arasında taekvondo üzrə ölkə birinciliyində mükafatlandırma mərasimi keçirilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK)keçirilən gənclər arasında taekvondo üzrə ölkə birinciliyindəoğlanlar arasında 48 kq, 59 kq, 63 kq, qızlar arasında isə 44 kq və49 kq çəki dərəcələrində qaliblərin mükafatlandırma mərasimi baştutub.

Trend xəbər verirki, qalib idmançılara mükafatları Azərbaycan TaekvondoFederasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idmannaziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidentiÇingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və ATF-invitse-prezidenti Hikmət Səmədov təqdim ediblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəçıxışında Azərbaycanda taekvondo idman növünün sürətlə inkişafetdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti, Milli OlimpiyaKomitəsinin Prezidenti İlham Əliyevin bu gün bir sıra idmançılarlagörüşərək onları mükafatlandırdığını da diqqətə çatdırıb.

Gənclər və idman naziri Fərid Qayıbov ölkə çempionatının yüksəksəviyyədə təşkil olunduğunu bildirib. Nazir qeyd edib ki, cari ilAzərbaycan idmanı üçün uğurlu olub və Prezident İlham Əliyevtərəfindən idmana göstərilən dəstək bu nailiyyətlərin əsasınıtəşkil edir.

Yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idmancəmiyyətindən ümumilikdə 436 taekvondoçu mübarizə aparır.

Qeyd edək ki, gənclər arasında taekvondo üzrə ölkə birinciliyinədekabrın 27-də yekun vurulacaq.

Избранный
41
az.trend.az

1Источники