RU

Yetkinlik yaşına çatanların ata adı hansı hallarda dəyişdirilir?

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Rəsmi nikahın pozulmasından sonra bəzən ata adı və soyadından imtina məsələsi də ortaya çıxır. Bəzən bu məsələ ciddi müzakirə və mübahisə predmetinə çevrilir. Bəs görəsən qanunvericilikdə bu məsələ necə həllini tapır?Newscenter.az-ın xəəbərinə görə, məsələ ilə bağlı vəkil Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 191-ci maddəsinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Onun sözlərinə görə, yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar:"Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir".Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
newscenter.az

2Источники