RU

Bəzi “ekspert”lər ictimaiyyəti çaşdırmağa çalışırlar

“Daxili qoşunlar haqqında”yeni qanunla əlaqədar “ekspert”lər ictimaiyyəti çaşdırmağa çalışırlar
Onların iddiaları hüquqi arqumentlərə deyil, emosional ritorikaya və xaricdəki müəyyən mərkəzlərdən qaynaqlanan siyasi manipulyasiyalara söykənir

Son günlər “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni Qanunun qəbulundan sonra daxili qoşunların komandanının təyinatı ilə bağlı ictimai müzakirələrdə bir sıra əsassız və hüquqi reallıqla uzlaşmayan iddialar səsləndirilir. Xüsusilə sosial şəbəkələrdə və xaricdə fəaliyyət göstərən bəzi şəxslər tərəfindən bu dəyişikliklər Prezidentin guya yeni səlahiyyətlər əldə etməsi, ali hərbi təyinat mexanizmlərinin dəyişdirilməsi və “hakimiyyətin mərkəzləşdirilməsi” kimi təqdim olunur.

Bu cür yanaşmalar normativ aktların konstitusion iyerarxiyasını, əvvəlki qanunvericiliklə hüquqi varislik prinsipini və dövlət idarəçiliyində mövcud olan sabit institusional praktikanı nəzərə almadan formalaşdırılır. Nəticədə ictimai rəyə hüquqi mahiyyəti olmayan, emosional və manipulyativ şərhlər ötürülür.

Məhz bu səbəbdən daxili qoşunların komandanının təyini ilə bağlı məsələyə siyasi və emosional yox, məhz hüquqi prizmadan yanaşmaq, yeni qanunun mahiyyətini əvvəlki normativ tənzimləmə ilə müqayisəli şəkildə izah etmək və yaranmış yanlış təsəvvürlərə hüquqi aydınlıq gətirmək zərurəti yaranıb.

Birinci bu günədək daxili qoşunların fəaliyyəti “Daxili qoşunların statusu haqqında” Qanunla tənzimlənirdi və həmin qanuna əsasən Azərbaycan Respublikasının Prezidenti – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı daxili qoşunların komandanını təyin və vəzifədən azad edirdi.

25 dekabr 2025-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni Qanunla əvvəlki qanunun ləğv edilməsi təyinat mexanizminin dəyişdirilməsi demək deyil. Burada söhbət yeni səlahiyyətin yaradılmasından yox, illərdir mövcud olan konstitusion və qanunvericilik yanaşmasının vahid və sistemli normativ aktda yenidən təsbit edilməsindən gedir.

Başqa sözlə, daxili qoşunların komandanının təyin və azad edilməsi ilə bağlı, yeni səlahiyyət yaradılmayıb, Prezidentin hüquqi mövqeyi genişləndirilməyib, əvvəlki normativ mexanizm dəyişdirilməyib.

Mövcud norma sadəcə olaraq qanunvericilik texnikasının tələblərinə uyğun şəkildə yeni qanuna köçürülüb.
İkinci, bəzi iddialarda daxili qoşunların komandanının, eləcə də ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitlərin guya bundan sonra birbaşa Prezident tərəfindən təyin və azad ediləcəyi vurğulanır və bu, ictimaiyyətə yenilik kimi təqdim olunur. Bu yanaşma hüquqi baxımdan yanlışdır. Çünki Konstitusiya görə daxili qoşunlar Silahlı Qüvvələrin tərkib hissəsidir, Konstitusiyaya əsasən Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezidentdir, ali hərbi rəhbər və ali rütbəli vəzifələr üzrə təyinatlar həmişə Prezidentin konstitusion səlahiyyət dairəsinə daxil olub.

Избранный
25
1
aznews.az

3Источники