Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Başa çatmaqda olan 2025-ci il Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadə üçün regional və beynəlxalq səviyyədə aktivlik ilə yadda qaldı.
Dünyada geosiyasi gərginliklərin yüksəldiyi, dinlərarası münasibətlərin yeni mərhələyə keçdiyi bir dövrdə QMİ-nin fəaliyyəti həm Azərbaycan dövlətinin maraqlarına, mənəvi gücünə və xarici siyasətinə uyğun şəkildə formalaşdı.
Yanvarın əvvəlində Şeyxülislam və Milli Məclisin deputat qrupu Səudiyyə Ərəbistanına səfərə gedib.
Səudiyyə Ərəbistanının Şura Məclisinin sədri Şeyx Məhəmməd bin Abdulla əl Aş-Şeyxin dəvəti ilə baş tutan səfərdə QMİ sədri A. Paşazadə və nümayəndə heyətinin üzvləri yanvarın 8-də İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən mənzil-qərargahında qurumun Baş katibi Hüsseyin Brahim Taha ilə görüşüblər.
Görüşdə Şeyxülislam A.Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İƏT Baş katibinə çatdırıb. Səmimi qəbula görə təşəkkürünü bildirən Şeyxulislam A.Paşazadə Azərbaycan Respublikasının 1991-ci ildə – hələ Sovet İttifaqı dağılmamışdan əvvəl İƏT-in üzvü olduğunu diqqətə çatdıraraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr daim inkişaf edib və bundan sonra da yüksələn xətlə davam edəcəkdir.
Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.
Toplantıda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə 20 Yanvar hadisələrini Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü kimi dəyərləndirib. Qeyd edib ki, keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Yanvarın 20-də Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki dini konfessiyaların rəhbərləri, din xadimləri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər.
Fevralın 14-də Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Stirling Fondunun İcraçı direktoru Edvard Rounu qəbul edib.
Fevralın 19-da Şeyxülislam Allahşükür Paşazadə Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə paytaxt Manamada “Bir ümmət, bir tale” şüarı altında İslamdaxili Dialoq Konfransında iştirak edib.
QMİ sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü Allahşükür Paşazadə Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifə ilə konfrans şərəfinə qəbul mərasimində görüşüb. O, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Krala çatdırıb.
26 Fevral tarixində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Martın 5-də Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Belçika Krallığına səfərə yola düşüb.
Nümayndə heyəti Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyasl (EDARA), İSESKO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində tədbirlərdə iştirak ediblər.
QMİ sədri bu səfər çərçivəsində 6 mart tarixində Avropa Parlamentində Yüksək Səviyyəli Dəyirmi Masa və 7 mart tarixində “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda Avropa Konfransında və BMT-nin Brüsseldəki Qadınlar Ofisində görüşlərdə iştirak edib.
Şeyxülislam A. Paşazadə Avropa Konfransında çıxış edib. Tədbir iştirakçılarının şərəfinə Belçika Kralının adından iftar süfrəsi təşkil edilib. Şeyxülislam və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib.

Martın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın “İsa Məsih Son Günlərin Müqəddəsləri Kilsəsi” rəhbərliyinin nümayəndəsi, Ağsaqqal Cak Cerardı və kilsənin Mərkəzi Avropa nümayəndəsi Pol Pikardı qəbul edib.
Martın 12-də Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
Martın 14-də QMİ sədri Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Dmitri Pineviçi qəbul edib.
Martın 20-də Şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açıb.
Martın 26-da A.Paşazadə Müsəlman Ağsaqqalları Şurasının təsis olunmasının 11-ci və Əl-Əzhər Şeyxi olmasının 15-ci ildönümü münasibətilə Əl-Əzhər Əş-Şərifin Böyük İmamı, Şeyx Əhməd Ət-Tayyibi təbrik edib.
Martın 27-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev Şeyxülislam Allahşükür Paşazadəni müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Prezident qardaş ölkələrimiz arasında yaxın dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini hərtərəfli möhkəmləndirmək istiqamətindəki böyük xidmətlərini qeyd edib.
Aprelin 15-də QMİ sədri İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubianı qəbul edib.
Aprelin 23-də Şeyxülislam Roma Papası üçün açılmış başsağlığı kitabını imzalayıb. Allahşükür Paşazadə bu gün Müqəddəs Məryəm Ana Kilsəsinə gedərək Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib.
Aprelin 24-də Şeyxülislam Allahşükür Paşazadə İspaniya Krallığına səfər edib. QMİ sədri BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə “BMT Sivilizasiyalar Alyansı” və “Dinlər Sülh Uğrunda” təşkilatlarının “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa Hörmət üçün Çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edib. Şeyxülislam BMT-nin İspaniyada keçirilən tədbirində çıxış edib.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib. Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müşaiyət edib.
Mayın 4-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfəri çərçivəsində mayın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.
Mayın 7-də Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinə səfərə yola düşüb. QMİ sədri A. Paşazadə 7-8 may tarixlərində İstanbulda keçirilmiş 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edib.
22 may tarixində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısının fəaliyyətinin bərpa olunması ilə bağlı iclası keçirilib.

Mayın 27-də Şeyxülislam Allahşükür Paşazadənin Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşü olub.
İyunun 6-da Şeyxülislam Qurban bayramı münasibəti ilə azərbaycanlıları təbrik edib.
İyunun 11-də Şeyxülislam Ümumdünya Kilsələr Şurasının Baş katibi Jerry Pilleyə etiraz məktubu göndərib. QMİ sədri məktubunda qeyd edib ki, sərhədimizə qədər gələrək oradan torpaqlarımıza binoklla boylanmağı özünə rəva bilən cənabınızın erməni tərəfinin bilavasitə təsiri altında verdiyi açıqlamaları qeyri-obyektivliyi və qərəzliliyi ilə Azərbaycan xalqının haqlı narazılığına səbəb olub.
QMİ sədri Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) real vəziyyətlə tanış olmaq məqsədilə Azərbaycana öz nümayəndələrini göndərməyi təklif edib.
İyulun 5-də Qafqaz Müsəlmanları İdarəsində qurumun təşkilatçılığı, Respublika Qan Bankının dəstəyi ilə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, idarə əməkdaşları, Milli Məclisin deputatları və ölkəmizdəki dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.