RU

Avtobus sürücüsünün diqqəti azyaşlı uşağın həyatını xilas etdi – FOTO

Bu gün paytaxtın Əsəd Əhmədov küçəsində diqqət və məsuliyyət nümunəsi olan hadisə baş verib.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, belə ki, “BakuBus” MMC-yə məxsus avtobusun sürücüsü Allahverdiyev Asif hərəkət zamanı avtomobillərin arasında azyaşlı uşağın tək qaldığını görərək dərhal nəqliyyat vasitəsini saxlayıb. Ərazini diqqətlə yoxlayan sürücü uşağın valideynsiz və nəzarətsiz olduğunu müəyyən edib.

Uşağın təhlükəsizliyini təmin etmək məqsədilə onu avtobusa mindirən sürücü, yaşının az olması səbəbindən ünsiyyət qurmağın mümkün olmadığını nəzərə alaraq dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. Qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarına azyaşlı təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, uşaq bağçadan çıxaraq nəzarətsiz şəkildə xeyli məsafə qət edib. Polis əməkdaşları tərəfindən azyaşlı ailəsinə təhvil verilib.

Qeyd edək ki, sürücü Allahverdiyev Asifin operativliyi, diqqəti və insani yanaşması ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb

Избранный
51
nocomment.az

1Источники