RU

Güclü qarla əlaqədar ABŞ-da 1400-dən çox uçuş ləğv edilib

Vaşinqton, 27 dekabr, AZƏRTAC

ABŞ-ın şimal-şərqin yağan güclü qarla əlaqədar 1400-dən çox uçuş ləğv edilib.

AZƏRTAC xəbər verir ki, əlverişsiz hava şəraiti Miladla bağlı avtomobil səyahətlərini də təhlükəli edib.

Yeni hava şəraiti nəticəsində Nyu-York şəhərinə son illərin ən güclü qarının yağacağı proqnozlaşdırılır. Nyu-York şəhərinin üç hava limanı və Filadelfiya Beynəlxalq Hava Limanı ən çox zərər çəkib. Həmçinin, Qərbi Pensilvaniyanın bəzi yerlərində buzlaşma xəbərdarlığı edilib. Burada ağacların aşacağı və enerji təminatında fasilələr olacağı proqnozlaşdırılır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
87
1
azertag.az

2Источники