RU

BMT: İsrail ordusu Livanda iki dəfə sülhməramlılara hücum edib

BAKI, 27 dekabr. TELEQRAF

Livanda yerləşən BMT sülhməramlı qüvvələri İsrail Müdafiə Ordusunun (SAXAL) iki hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki informasiya xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə dekabrın 26-da baş verib. İsrail hərbçiləri sülhməramlılara Bəstərra yaşayış məntəqəsi ərazisində və Kfar-Şuba kəndində hücum ediblər.

Məlumata görə, BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) sözügedən ərazilərdə sülhməramlıların fəaliyyəti barədə əvvəlcədən İsrail ordusunu məlumatlandırıb.

Bəyanatda vurğulanır ki, sülhməramlılara və ya onların yaxınlığında hücumların həyata keçirilməsi BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi pozuntusu hesab olunur.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Ordusu Livanın cənubunda yerləşən hərbi hədəflərə yeni zərbələr endirdiyini açıqlamışdı.

Избранный
28
teleqraf.com

1Источники