RU

Yaponiya büdcəsinin ilkin saldosu 28 ildən sonra ilk dəfə profisitli olacaq

Bakı. Trend:

Yaponiyanın növbəti maliyyə ilində dövlət büdcəsinin ilkinsaldosu son 28 ildə ilk dəfə profisitli olacaq.

Trend “Bloomberg”agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Başnaziri Sanae Takaiçi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət tərəfindən təqdim edilən ilkinbüdcə 1998-ci ildən bəri ilk dəfə müsbət ilkin saldo göstərir. Başnazir qeyd edib ki, sənəd güclü iqtisadiyyatın formalaşdırılmasıilə maliyyə dayanıqlığının təmin edilməsi arasında balansınyaradılmasına imkan verir.

Xatırladaq ki, dekabrın 26-da Yaponiya hökuməti 2026-cı maliyyəili üçün büdcəni təsdiqləyib. Aprelin 1-dən qüvvəyə minəcəkbüdcənin ümumi həcmi 122,3 trilyon yen, yəni təxminən 782 milyardABŞ dolları təşkil edir ki, bu da rekord göstərici sayılır.

Избранный
39
1
az.trend.az

2Источники