RU

ABŞ-dəo şerifin ofisində atışma baş verib

ABŞ-də Aydaho ştatının Uolles şəhərində Şoshone dairəsi şerifinin ofisində baş verən atışma nəticəsində ən azı iki nəfər yaralanıb.

"Far.Az"un məlumatına görə, bu barədə yerli "Kanal 2" polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qonşu Mineral (Montana) və Kootenay əyalətlərindən zabitlər ehtiyat üçün çağırılıb.

İlkin məlumatlara görə, silahlı şəxs iki nəfəri yaralayıb və daha bir neçə nəfəri girov götürüb.

Kootenay dairəsinin şerifi Bob Norris daha sonra kanala şübhəlinin zərərsizləşdirildiyini təsdiqləyib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Hadisənin səbəbi və zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib..

Избранный
76
1
far.az

7Источники