RU

“Microsoft” Windows 11-də RAM istifadəsinin azaldıldığını açıqlayıb

Bakı. Trend:

“Microsoft” korporasiyası “Windows 11” əməliyyat sisteminəinteqrasiya olunmuş fayl meneceri “File Explorer”in artıq daha azoperativ yaddaş (RAM) sərf etdiyini bəyan edib.

Trend bu barədə“Windows Latest” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, yeni funksiya “Windows 11 Build 26220.7523”versiyasında sınaqdan keçirilir. Funksiya aktivləşdirildikdə “FileExplorer” faylların indeksləşdirilməsi zamanı təkrarlananəməliyyatları avtomatik şəkildə aradan qaldırır.

“Microsoft”un izahına əsasən, fayl menecerinin interfeysiüzərindən sənədlərin axtarışı zamanı əməliyyat sistemi əvvəlkiversiyalarla müqayisədə daha az operativ yaddaş istehlakedəcək.

Избранный
125
14
az.trend.az

10Источники