RU

ABŞ-də şerifin ofisində atışma baş verib

ABŞ-də Aydaho ştatının Uolles şəhərində Şoshone dairəsi şerifinin ofisində atışma baş verib.

Moderator.az-ın məlumatına görə, bu barədə yerli "Kanal 2" polisə istinadən məlumat yayıb.

Belə ki, silahlı şəxs iki nəfəri yaralayıb və daha bir neçə nəfəri girov götürüb.

Kootenay dairəsinin şerifi Bob Norris kanala şübhəlinin zərərsizləşdirildiyini təsdiqləyib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Atışmanın səbəbi və yaralıların vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Избранный
61
4
moderator.az

7Источники