
Baş katib, həmçinin Cenevrə şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında TÜRKPA-nın fəal iştirakı barədə məlumat verib. Ramil Həsən bildirib ki, TÜRKPA Beynəlxalq Katibliyi 2026-cı il üçün İş Planının layihəsini hazırlayıb və müzakirə edilməsi məqsədilə tərəflərə təqdim edib. 2026-cı ildə TÜRKPA tərəfindən “Avrasiyada yeni əməkdaşlıq: Strateji əlaqələrin inkişafında TÜRKPA-nın rolu – Parlament diplomatiyası”mövzusunda beynəlxalq konfransın keçirilməsinin faydalı olacağı da Koşanovun diqqətinə çatdırılıb.

Yerlan Koşanov, öz növbəsində, qısa müddət ərzində bu qədər səmərəli və faydalı işlərin görülməsindən məmnunluğunu ifadə edərək Baş katib Ramil Həsənə və onun işçi heyətinə dərin təşəkkürünü bildirib. O, növbəti ilin birinci yarısında Azərbaycana rəsmi səfərinin gözlənildiyini və bu səfər çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etməkdən məmnunluq duyacağını ifadə edib.
AzVision.az