RU

Avropanın rəmzi komandasında kimlər var?

Avropanın rəmzi komandası bəlli olub.

"Yeni Sabah" goal.com-a istinadla xəbər verir ki, jurnalistlər Avropa liqalarının ən yaxşı futbolçularından ibarət rəmzi yığmanı müəyyənləşdiriblər.

Rəmzi komandanın tərkibi aşağıdakı kimidir:

Qapıçı: Tibo Kurtua ("Real")

Müdafiəçilər: Yurrien Timber ("Arsenal"), Dayo Upamekano ("Bavariya"), Qabriel Maqalyas ("Arsenal"), Nunu Mendeş (PSJ)

Yarımmüdafiəçilər: Pedri ("Barselona"), Vitinya (PSJ)

Hücumçular: Lamin Yamal ("Barselona"), Luis Dias ("Bavariya"), Kilian Mbappe ("Real"), Erlinq Haaland ("Mançester Siti")

Cari mövsüm "Bavariya"nın heyətində 25 oyunda 30 qol vuran Harri Keyn siyahıda yer almayıb.


Telegram kanalımız
Избранный
44
4
yenisabah.az

5Источники