RU

DİN-dən bayram günlərində azad olunan ərazilərə səfərə çıxan şəxslərə MÜRACİƏT (VİDEO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyi bayram günlərində işğaldan azad olunanərazilərə səfərə çıxan şəxslərə müraciət edib.

DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, yalnız müvafiq icazəsi olanşəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq.

Qeyd edilib ki, müvəqqəti polis postlarında təqdim ediləntəlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuşmarşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcımaddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərəsəfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli,vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələlgətirməməlidirlər.

Vurğulanıb ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyatvə sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.

“Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı - Qarabağınhər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, butorpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, dahaçox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi vəxoşbəxtlik dolu xatirələr həkk edək”, - deyə müraciətdədeyilib.

Qeyd edilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü vəYeni ili müqəddəs diyarlarda – doğma Qarabağda qeyd etmək bayramaxüsusi şövq qatır. Polis əməkdaşları bu sevinc və qürura uyğundavranır, vətəndaşların tətil günlərini işğaldan azad olunmuştorpaqlarda əmin-amanlıq şəraitində keçirməsi üçün gücləndirilmişiş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütünzəruri tədbirləri həyata keçirirlər.

Избранный
37
35
az.trend.az

10Источники