RU

Messi "Barselona"ya qayıdır

Argentinalı futbolçu Lionel Messi "Barselona"ya qayıda bilər.

Publika.az xəbər verir ki, bu barədə məşhur "El Nacional" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, Messi futbolçu kimi karyerasını bitirdikdən sonra sözügedən klubda rəhbərliyə gətirilə bilər. Kataloniya komandası hazırda bu variantı müzakirə edir.

Qeyd edək ki, Messi "Barselona"nın yetirməsi sayılır. O, 2003-cü ildən 2021-ci ilə qədər klubun əsas komandasında oynayıb. Ulduz futbolçu bu müddət ərzində 835 oyun keçirib və 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasını, 2022-ci ildə Argentina ilə Dünya Kubokunu, iki dəfə "Kopa Amerika"nı və səkkiz dəfə "Qızıl top"u qazanıb.

Избранный
60
publika.az

1Источники