RU

Zəncirvari QƏZADA 50-dən çox avtomobil toqquşdu: Bu ölkə- ANBAAN GÖRÜNTÜ

Ajans.az bu barədə NTV telekanalı məlumat yayıb. Məlumata görə, Minakami şəhəri yaxınlığındakı böyük yük maşını sürüşərək yolda dayanıb. Arxadan gələn avtomobillər ona çırpılıb və nəticədə hadisə yerində yanğın da baş verib. Şahidlərin sözlərinə görə, qəza döngədə baş verib, buna görə də yük maşınının arxasınca gələn sürücülər uyğun vaxtda hadisə yerini görməyiblər. Avtoqəza səbəbindən ərazidə hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.

Yaponiya mediasının məlumatına görə, qəzada azı bir nəfər ölüb, 26 nəfər yaralanıb. Beş nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, qalan 21 nəfər isə yüngül xəsarət alıb.

Избранный
40
1
Ajans.az

2Источники