RU

Madridin “Real” klubu “Barselona”nı məhkəməyə verə bilər

“Real”(Madrid) klubu İspaniya Futbol Federasiyasının Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Neqreyra ilə bağlı iş çərçivəsində “Barselona”nın vurduğu zərərə görə kompensasiya tələbi ilə məhkəməyə müraciət etmək imkanını nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

“Kral klubu” çoxmilyonluq kompensasiya əldə etməyə ümid edir.

Belə ki, “Real” məhkəməyə müraciət edərək on gün ərzində müvafiq yoxlamaların aparılmasını və “Barselona”nın maliyyə əməliyyatlarının araşdırılması üçün hesabların təqdim olunmasını tələb edib.

İstintaqın məlumatına görə, 2001–2018-ci illər aralığında Neqreyra “Barselona” üçün verdiyi məsləhətlərə görə təxminən 7,5 milyon avro pul alıb.

Xatırladaq ki, ötən ilin may ayında Barselona məhkəməsinin “Neqreyra işi” üzrə klubun rüşvətxorluqda ittiham edilməsi ilə bağlı qərarı ləğv etdiyi bildirilmişdi.

İdman.Biz
Избранный
7
idman.biz

1Источники