RU

Millimizin üzvləri uşaq sığınacağını ziyarət etdilər

style='margin-bottom:10px;'>

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri Yeni il ərəfəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzini ziyarət ediblər.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət milli komandanın baş məşqçisi Siyasət Əsgərov, uşaq sığınacağının təsisçisi Kamalə Ağazadə və milli komandanın futbolçuları iştirak ediblər.

Tədbirin əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, eyni zamanda qadın futbolçuların sosial və xeyriyyə layihələrində fəal iştirakını nümayiş etdirmək olub.

Избранный
56
4
teleqraf.com

10Источники