Abşeron rayonu, Saray qəsəbəsi, Alimlər binasının yaxınlığında yerləşən binanın qarşısında uzun illər mövcud olan yaşıllıq sahə ağaclar heç bir maneə yaratmadığı halda, qəfil şəkildə tamamilə məhv edilib.
NOCOMMENT.az bildirir ki, sözügedən ağaclar nə yol hərəkətinə, nə piyadalara, nə də hər hansı təhlükəsizlik məsələsinə problem yaradırdı. Məlumata görə, yaşıllıq obyektin qarşısının daha açıq görünməsi məqsədilə məhv edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna və “Yaşıllıqların mühafizəsi haqqında” normativ aktlara əsasən:
Yaşıllıqların məhv edilməsi yalnız rəsmi icazə ilə mümkündür
İctimai əhəmiyyət daşıyan ağacların kəsilməsi qanunla qadağandır.
Videonu təqdim edirik: