RU

Ağ Ev Tramp–Zelenski görüşünü təsdiqlədi

Ağ Ev ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçiriləcəyini rəsmi şəkildə təsdiqləyib.

Görüş bazar günü Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı Donald Trampın rəsmi iş qrafikində məlumat yer alıb. Qrafikə əsasən, danışıqlar ABŞ-nin Florida ştatında, Palm-Biç şəhərində keçiriləcək. Məhz bu ərazidə Trampın şəxsi iqamətgahı olan “Mar-a-Lago” yerləşir və o, həftəsonu istirahət üçün burada olub.

Bundan əvvəl Volodimir Zelenski bildirmişdi ki, Trampla görüşdə ərazi məsələlərini, eləcə də Zaporojye Atom Elektrik Stansiyasının taleyini müzakirə etməyi planlaşdırır. Onun sözlərinə görə, Ukraynada münaqişənin nizamlanması ilə bağlı 20 bənddən ibarət plan ABŞ və Ukrayna arasında təxminən 90 faiz razılaşdırılıb.

Qeyd edək ki, Donald Tramp bir gün əvvəl Politico nəşrinə verdiyi müsahibədə Zelenskinin irəli sürdüyü sülh planının onun razılığı olmadan heç bir əhəmiyyət kəsb etmədiyini bildirib. Bu açıqlama Trampın Ukrayna məsələsində həlledici rol iddiasını bir daha gündəmə gətirib.

Избранный
37
nocomment.az

1Источники