RU

Qurbanovdan Nəriman Axundzadə qərarı 

Bir müddət əvvəl “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin klubdan ayrılmayacağını xəbər vermişdik.

Millimizin forvardına Avropadan təkliflər olsa da, hücumçu Ağdam klubunda qalacaq. O, yaya qədər “Qarabağ”ı tərk etmək niyyətində deyil.

Futbolçunun ayrılmasına baş məşqçi Qurban Qurbanov da qarşıdır. Təcrübəli mütəxəssis Nərimanın legioner həyatı yaşamasına hələlik icazə vermir.

Bu səbəbdən də hücumçu özünə gələn təkliflərlə maraqlanmır.

İdmanxeber.az

 

Избранный
12
idmanxeber.az

1Источники