RU

"Yuventus"da Kenan Yıldız sevinci

style='margin-bottom:10px;'>

"Yuventus" hücumçusu Kenan Yıldızın müqaviləsinin uzadılması ilə bağlı danışıqlarda müsbət irəliləyiş əldə edib.

QOL.az xəbər verir ki, bu barədə "Sky Sports İtalia" məlumat yayıb.

Hazırda oyunçunun anası (həm də meneceridir-red.), eləcə də 20 yaşlı futbolçunu təmsil edən vəkil ilə danışıqlar aparılır. Hər iki tərəf əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

"Yuventus" Yıldızı layihəsində əsas fiqur kimi görür və oyunçunu buraxmaq niyyətində deyil. Kenanın özü də karyerasını Turin klubunda davam etdirmək və komanda ilə inkişaf etmək istəyir.

Kənan Yıldız bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 22 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Избранный
59
3
teleqraf.com

4Источники