RU

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Birgə Komissiyanın növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

Dekabrın 26-da Rusiya Federasiyasının Dağıstan RespublikasınınMəhərrəmkənd rayonu, Yaraq Qazmalar kəndində Samur transsərhədçayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya BirgəKomissiyasının 28-ci iclası keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindənməlumat verilib.

Bildirilib ki, görüş Azərbaycan–Rusiya Birgə KomissiyasınınAzərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinin tabeliyində Regional Su Meliorasiya Xidmətinin İdarəHeyətinin sədri Zakir Quliyevin və Komissiyanın Rusiya tərəfindənhəmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyirəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə baş tutub.

İclasda Regional Su Meliorasiya Xidmətinin, Xarici İşlərNazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirakediblər.

Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasındabölünməsi, monitorinqinin aparılması, Samur Hidroqovşağının birgəistismarı və digər aktual məsələlər müzakirə olunub, görüləcəktədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.

Samur
Samur
Samur
Samur
Избранный
74
26
az.trend.az

10Источники