"Bu günkü andiçmədən sonra ölkədə 2836 vəkil fəaliyyət göstərir, gələn il bu rəqəmin 3000-i ötəcəyi gözlənilir".
"Vəkillərimiz yalnız Bakıda yox, regionlarımızda da fəaliyyət göstərəcəklər. Vəkillik peşəsinə maraq çox böyükdür. Gəncə şəhərində Vəkillər Kollegiyasının regional vəkil bürosu istifadəyə verilib. Bakıda “Vəkil evi”nin tikintisi davam edir, gələn il açılışı nəzərdə tutulur", - deyə o, əlavə edib.