RU

İran əhalisi faciəvi şəkildə azala bilər – Daxili işlər naziri

Bakı. Trend:

Əhali sayının azalması ilə bağlı hazırkı proses davam etdiyihalda, İran əhalisi 2101-ci ilə qədər 40 milyondan az olabilər.

Trend-inməlumatına görə, bunu İranın daxili işlər naziri Eskəndər Momeni bugün (27 dekabr) Tehranda təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, bu isə ölkə üçün ən böyük faciə hesab olunabilər.

Momeni bildirib ki, əhali sayının azalması İranı hədələyəbiləcək ən böyük böhrandır. Bununla əlaqədar müdaxilə olunmalı vəazalma prosesini ləngitmək lazımdır. Ölkənin VətəndaşlarınVəziyyətinin Qeydiyyatı Təşkilatı universitet mərkəzləri iləəməkdaşlıq edərək bu istiqamətdə düzgün analiz aparmalı və bu böyükböhranın qarşısının alınması üçün çarə tapmalıdır.

Qeyd edək ki, hazırda İran əhalisi 86 milyondan çoxdur.

Məqalədə:
Избранный
66
3
az.trend.az

4Источники