RU

Avtomobilin texniki pasportunu itirənlərin NƏZƏRİNƏ! - Yenidən almaq üçün ...

Rusiya hökuməti benzin, dizel yanacağı və digər yanacaq növlərinin ixracına müvəqqəti qadağanı uzadıb.

Avtosfer.az APA-ya istiandən xəbər verir ki, bu barədə “TASS” Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Məlumata görə, yeni fərmanla avtomobil benzininin ölkə xaricinə ixracına müvəqqəti qadağa 28 fevral 2026-cı ilə qədər uzadıb", - deyə bəyanatda bildirilir. Qadağa birbaşa istehsalçılar da daxil olmaqla hər kəsə şamil olunacaq.

Bununla yanaşı, fərmanla gəmi yanacağının, dizel yanacağının və digər qazoyllərin, o cümlədən birjadan alınanların ixracına qoyulan qadağanı 28 fevral 2026-cı ilə qədər uzadılıb. Bu, neft məhsullarının birbaşa istehsalçılarına şamil edilməyəcək.

Məhdudiyyətlər 28 dekabrda qüvvəyə minəcək. Hökumət daxili yanacaq bazarında sabitliyi qorumaq üçün bu tədbirləri həyata keçirir.

Избранный
16
avtosfer.az

1Источники