Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı ərizəni “vacib yoxlama” siyahısına əlavə etdiyini açıqlayıb. Bu o deməkdir ki, AİHM Ə.İmamoğlu ilə bağlı gözləniləndən də tez qərar verəcək.
Axar.az xəbər verir ki, bu barədə İmamoğlunun vəkili Mehmet Pəhləvan X hesabında məlumat yayıb.
“AİHM-in bu qərarı Türkiyədən bu günə qədər edilən müraciətlərdə nadir rast gəlinən bir qərardır”, - vəkil əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.