RU

“Botafoqo” “Qarabağ”ın indiki və sabiq üzvünü istəyir

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın futbolçusu Pedro Bikalyo ilə yanaşı, Ağdam təmsilçisinin sabiq oyunçusu Julio Romaoya da maraq göstərir.

İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, A Seriyası təmsilçisi hazırda “Ferentsvaroş”da çıxış edən Romaoya ilə bağlı təklif göndərib.

Braziliya klubu hər iki futbolçu ilə bağlı danışıqları davam etdirir.

Qeyd edək ki, Pedro Bikalyo bu ilin yayında “Qarabağ”a transfer olunub.

Избранный
36
idmanxeber.az

1Источники