RU

Rüstəm Xəlilov şəhid anasını və Vətən müharibəsi qazilərini ziyarət etdi FOTOLAR

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bu gün RİH başçısı Rüstəm Xəlilov Salyan Rayon Mərkəzi Xəstəxanasında daha bir şəhid anasını Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu Bayramov Davud Şamil oğlunun anası, Bayramova Sona Əliqulu qızını və Vətən müharibəsi qazilərini, Hüseynov İbrahim Mansur oğlunu, Bəşirov Rəşan Zəfər oğlunu və Cəbrayıl rayonundan olan Gülməmmədov Eldost Akif oğlunu ziyarət edib. Demokrat.az xəbər verir ki, yayon rəhbəri ziyarət zamanı şəhid anasının və qazilərin sağlamlıq durumları və qayğıları ilə maraqlanıb, şəfalarını diləyib, hər zaman onların yanında olduğunu bildirib. Ziyarət zamanı şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, habelə bu kateqoriyadan olan hər bir vətəndaşına dövlətimizin göstərdiyi sonsuz qayğı və diqqətdən söz açılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
2
demokrat.az

3Источники