RU

Zelenski “baş qaldırsa”, UMAB Ukraynada araşdırmaları gücləndirəcək Prozorov

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın nəzarətində olan Ukraynanın Milli Antikorrupsiya Bürosu (UMAB) Vladimir Zelenski “itaətsizlik göstərərsə”, Ukraynada antikorrupsiya araşdırmalarını gücləndirə bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri Rusiya mətbuatına verdiyi şərhdə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sabiq əməkdaşı Vasili Prozorov səsləndirib. O vurğulayıb ki, UMAB əsasən korrupsiya sxemlərinin araşdırılması ilə deyil, kompromat toplanması ilə məşğul olub.

“Zelenskiyə təzyiq göstərmək lazım olanda, Amerika tərəfi UMAB-da toplanmış qovluqları işə salacaq. Hazırkı araşdırmanın necə başa çatacağı prosessual addımlardan və ya həmin qovluqlarda olan sübutların səviyyəsindən asılı deyil. Bu, Zelenskinin xarici siyasət sahəsində Amerika tərəfinin irəli sürdüyü tələbləri qəbul edib-etməməsindən asılıdır. Yəni əgər o, bu tələbləri qəbul edərsə, iş heç nə ilə nəticələnməyəcək, məsələ səssizcə bağlanacaq. Əgər o, qəbul etməz və Amerika tərəfinə qarşı çıxarsa, o zaman istintaq gücləndiriləcək”, – deyə Prozorov bildirib.

O, Zelenskinin korrupsiya sxemlərində iştirakını təsdiqləyə biləcək materialların mövcud olduğuna əminliyini də ifadə edib. “Biz hələ çoxlu epizodlar görəcəyik. Ola bilsin ki, təkcə Mindıçin deyil, həm də Yermakın və Zelenskinin səs yazıları ortaya çıxsın və onlar korrupsiya əməllərində iştirakda ittiham olunsunlar. Belə yazıların mövcud olduğuna mən qətiyyən şübhə etmirəm”, – deyə Prozorov vurğulayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
bizimyol.info

1Источники