RU

Qubada bayram yarmarkası keçirilir VİDEO

Qubada Yeni il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü öncəsi bayram yarmarkası keçirilir

Yarmarka, Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkının qarşısında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır. Yarmarka 27 və 28 dekabr 2025-ci il tarixlərdə saat 09:00-dan etibarən gün ərzində davam edəcəkdir.

27 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri yarmarka ilə tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıqlarını vermişlər.

Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsullar qiymətlərinə görə mövcud bazar qiymətlərindən xeyli ucuz olması ilə seçilir.

Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosundan

Избранный
19
ikisahil.az

1Источники