RU

Evlər çox yaxın tikilir: Ara məsafə nə qədər olmalıdır?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son illər yaşayış evlərinin və digər tikililərin inşası zamanı ara məsafəsi məsələsi vətəndaşlar üçün ən çox mübahisə yaradan mövzulardan birinə çevrilib.

Qonşu torpaq sahələri ilə məsafənin düzgün saxlanılmaması uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb olur. Bir çox hallarda insanlar tikintiyə başlayarkən bu məsafənin necə hesablandığını və hansı qaydalara əməl edilməli olduğunu bilmirlər. 

Bəs tikinti zamanı ara məsafəsi necə hesablanılır?

Vəkil Vamiq Şükürov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, torpaq sahəsinin sərhədləri daxilində tikilən obyektin xarici divarlarından torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi saxlanılmalıdır və ara məsafəsində tikinti aparmaq olmaz:

"Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, tikilinin xarici divarının səthindən həmin tikintinin yerləşdiyi torpaq sahəsinin sərhəddinə qədər olan məsafə ara məsafəsini təşkil edir.

Torpaq sahəsində yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərində ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsi qədər olmalıdır”. 

O qeyd edib ki, çoxmərtəbəli binalarda isə divar hündürlüyünün 0,6 hissəsi ara məsafəsi təşkil edir:

"Sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş torpaq sahəsində ara məsafəsi 0,25 hissə tələb olunur. 

Ərazinin müfəssəl planında nəzərdə tutulduğu hallarda şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikililərin xarici divarları önündə ara məsafəsinin saxlanılması zəruri deyildir".

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
1
cebheinfo.az

2Источники