RU

Nizami rayonunda lift problemi: Sakinlər çətin vəziyyətdə qalıblar

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhərinin Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanında yerləşən doqquzmərtəbəli binada liftin tez-tez sıradan çıxması sakinlərin narazılığına səbəb olub.

Sakinlərin Oxu.Az-a verdiyi məlumata görə, sözügedən binada lift vaxtaşırı xarab olur və bu səbəbdən insanlar köməksiz vəziyyətdə liftdə qalırlar.

Onlar qeyd edirlər ki, dekabrın 26-da lift yenidən sıradan çıxıb. Sakinlər aidiyyəti quruma müraciət ünvanlayaraq nasazlığın aradan qaldırılmasını xahiş ediblər. Lakin onlara təmir işlərinin yalnız bayramdan sonra həyata keçirilə biləcəyi söylənilib.

Sakinlər deyirlər ki, binada yaşlı, xəstə insanlar, körpə uşaqlar var, liftin işləməsi onlara ciddi problemlər yaradır: "Bir həftə ərzində sakinlərin yuxarı mərtəbələrə piyada qalxıb-düşməsi çox çətindir".

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərmişik.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
61
1
oxu.az

2Источники