RU

Abbas: Fələstin Somalinin suveren birliyini tam dəstəkləyir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Somalinin birliyi, suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan edib. O, İsraillə qondarma “Somalilend regionu” arasında hər hansı qarşılıqlı tanınmanı qəti şəkildə rədd etdiyini vurğulayıb.

Bizimyol.info xəbər verir ki, Mahmud Abbasın ofisinin yaydığı bəyanatda qeyd olunur ki, Fələstin lideri bu addımı qəbul etməyən ərəb ölkələrinin və Somalinin qonşu dövlətlərinin mövqeyini alqışlayıb. Abbasın sözlərinə görə, sözügedən təşəbbüs fələstinli qaçqınların Somaliyə köçürülməsinə yönəlmiş ümidsiz cəhd kimi qiymətləndirilməlidir.

Xatırladaq ki, İsrail Somalilendin müstəqilliyini rəsmi şəkildə tanıyan dünyada ilk ölkə olub. Bu qərar 2025-ci il dekabrın 26-da qəbul edilib. Həmin gün İsrail hökuməti özünü müstəqil elan etmiş Somalilend Respublikasını suveren dövlət kimi tanıdığını açıqlayıb və region rəhbərliyi ilə birgə bəyannamə imzalayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
icma.az

1Источники